İstanbulda işdən evə qayıdarkən təcavüzə məruz qaldığını iddia edən gənc qadın, yaşadıqlarını sosial mediada paylaşdığı videoda sarsılmış halda danışıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, videoda səsi titrəyən qadın, "Əl atmağa çalışdı, mən də qaçdım. Zarafat kimidir… Artıq işə də gedə bilməyəcəyik?" sözləri ilə yaşadığı qorxunu və hiddətini ifadə edib.
Hadisə qısa müddətdə sosial mediada geniş rezonans doğurub. Minlərlə istifadəçi gənc qadına dəstək mesajları göndərib.
Vətəndaşlar təcavüz hadisəsinə sərt reaksiya göstərərək, küçə təhlükəsizliyi və ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün aidiyyəti qurumlara çağırış ediblər.
2025-10-16
11:51:11
Gənc Qadın Işdən Qayıdarkən Təcavüzə Məruz Qaldığı Anları Görün Necə Danışdı - VİDEO
Digər Xəbərlər
-
Narkotik Ticarətinə Görə 10 Ildir Axtarılan Qadın Nəhayət Saxlanıldı
2025-10-16 12:12:10 -
Ramiz Mehdiyevin Vəkili Kimdir?
2025-10-16 12:11:06 -
27 Il əvvəl Itkin Düşdüyü Deyilən Qadının Ailəsi Tərəfindən Evdə Kilid Altında Saxlanıldığı üzə çıxdı
2025-10-16 12:01:10 -
70 Yaşlı Kişi Yataq Xəstəsi Olan Həyat Yoldaşını Güllələyərək öldürdü
2025-10-16 11:35:11 -
9 Yaşlı Uşaq Pilləkəndən Yıxılaraq Həyatını Itirdi
2025-10-16 11:29:06