"Qaynar xəttimizə müraciət daxil olub. 2011-ci il təvəllüdlü qız üç nəfər tərəfindən cinsi zorakılığa məruz qalıb".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında yazıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı polisə məlumat daxil olub.
"Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə beş nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir", - DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
2026-01-11
16:45:07
Beyləqanda 15 Yaşlı Qıza Qarşı Seksual Hərəkətlər Edilməsi Ilə Bağlı Beş Nəfər Saxlanılıb
Digər Xəbərlər
-
Ötən Il Naxçıvanda 6 Erkən Nikahın Qarşısı Alınıb
2026-01-11 22:21:09 -
Xaricdən Evə Qayıdan Gün öldü
2026-01-11 20:31:06 -
"Santo Mare", "Duyğu", "Şərur", "Regnum" Və "Oregano" Restoranlarda Dəvə Qutabı Verilir? - Video
2026-01-11 20:14:09 -
Mirasa Görə Atasını BALTALADI: Adını Oğluna Qoymuşdu
2026-01-11 19:11:09 -
FACİƏ: Toyda Bəy Və Gəlin ÖLDÜ
2026-01-11 17:19:10