Bakıda dəhşətli oğurluq hadisəsi baş verib. Xətai rayonunda bir qadın polisə müraciət edərək evindən 28 min manat pulun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılan şəxs zərərçəkənin bacısı qızı N.Nəzərova olub.
Araşdırma zamanı məlum olub ki, N.Nəzərova xalasının evində yaşadığı müddətdə pulu hissə-hissə oğurlayıb. Faktla bağlı araşdırma davam edir.
Hadisə ilə bağlı son xəbərlər
Polis əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırır. Oğurlanan pulun taleyi və digər məlumatlar araşdırmanın nəticəsində məlum olacaq.