Bakıda Dəhşət: Ata Və Oğlu Dəm Qazından Boğularaq Faciəvi şəkildə öldü!

Bakının Qaradağ rayonunda dəhşətli hadisə baş verib. Ata və oğlu yaşadıqları evdə dəm qazından zəhərlənərək dünyalarını dəyişiblər.

Hadisə martın 6-sı saat 15:00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Məmmədov Ruslan Səlim oğlu və Məmmədli Yusif Ruslan oğlunun cəsədləri evdə aşkar edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Hadisənin təfərrüatları araşdırılır.