Bakı metrosunda sərnişinlərdən birinin əşyaları oğurlanıb. Hadisə martın 4-də baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bir qadın metroda hərəkət edərkən çantasından pulqabısının (sənədləri və bank kartları ilə birlikdə) və mobil telefonunun oğurlandığını bildirib.
Metropoliten Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov saxlanılıb.
Hazırda faktla bağlı araşdırma davam edir.