Bakıda yerləşən idman zallarının birində ölüm faktı qeydə alınıb.
Xezerxeber.az-ın məlumatına görə, 35 yaşlı Toğrul Yaşar oğlu Tapdıqzadə idman edərkən qəfil halı pisləşib.
Hadisə şahidlərinin sözlərinə görə, Toğrul Tapdıqzadə idman zalının əməkdaşlarına yaxınlaşaraq özünü yaxşı hiss etmədiyini bildirib. Əməkdaşlar tərəfindən onun qan təzyiqi ölçülüb və təcili tibbi yardıma zəng olunub.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, oktyabrın 17-də saat 18:09-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 1990-cı il təvəllüdlü şəxsin kardiogen şok səbəbilə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
2025-10-19
00:25:07
Azərbaycanda Gənc Idman Edərkən HƏYATINI İTİRDİ - VİDEO
Digər Xəbərlər
-
Daşkəsəndə Altı Uşağının Səs-küyünə Dözməyən Kişi Arvadını Döydü
2025-10-19 00:22:10 -
Bu Rayonumuzda Heyvanlar Kütləvi şəkildə Xəstəliyə Yoluxur
2025-10-18 22:01:10 -
"Laser Beauty Clinic"də Qanunsuz Fəaliyyət Davam Edir - Nazirlik Niyə Susur?
2025-10-18 20:03:10 -
Özündən Böyük Sevgilisini Evinə Gətirdi: Anası Hər Ikisini Küçəyə Qovdu
2025-10-18 18:01:07 -
Azərbaycanlı Alverçini Bazarda öldürdülər
2025-10-18 17:41:10