Türkiyənin Osmaniye şəhərində şəhərlərarası avtovağzalda silahlı hücum baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yaşlı bir kişi yanında gətirdiyi tüfənglə bir qadına atəş açıb. Hücum nəticəsində ağır yaralanan qadın, hadisə yerinə çağırılan təcili tibbi yardım komandalarının ilkin müdaxiləsindən sonra xəstəxanaya çatdırılıb. Qadının vəziyyətinin ciddi olduğu bildirilir.
Hadisə sonrası böyük panika yaşanıb və ətrafdakı vətəndaşlar hücum edən şəxsə reaksiya göstəriblər. Hirsli kütlə şəxsi linç etmək istəsə də, polis əməkdaşlarının müdaxiləsi ilə o, kütlənin əlindən alınıb və saxlanılıb.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılır. Hücumun səbəbi hələ açıqlanmayıb.
Mənbə: https://sonxeber.az