Ana Və Balaca Qızının Ölümü Evdə Kəşf Edildi

Kocaelinin Gebze rayonunda dəhşətli hadisə baş verib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, evdə 50 yaşlı ana və onun 5 yaşlı qızının çürümüş meyitləri aşkarlanıb. Hadisə Beylikbağı məhəlləsinin 302-ci küçəsində yerləşən çoxmərtəbəli binanın üçüncü mərtəbəsində qeydə alınıb. Qonşular mənzildən gələn üfunətli qoxu səbəbindən polisə xəbər veriblər. Məlumat əsasında ünvana polis və təcili tibbi yardım qrupları cəlb olunub. Qapı kilidli olduğundan polislər mənzilə eyvandan daxil olublar. Orada ana Dursunə Bilgili və qızı Havva Nur Anzerli hərəkətsiz halda tapılıb. Təcili tibbi yardım əməkdaşlarının ilkin müayinəsinə görə, onların təxminən 8-10 gün əvvəl dünyasını dəyişdiyi müəyyən edilib. Məlumata görə, Dursunə Bilgilinin həyat yoldaşından boşandığı və 15-16 yaşlarında bir oğlunun da olduğu bildirilib. Onun da təxminən 10 gündür görünmədiyi qeyd olunub. Ana və qızının meyitləri müayinə üçün Ədli Tibb İnstitutuna göndərilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az