İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində bu gün mina hadisəsi baș verib.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Elvin Həmiddin oğlu Kərimov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
2026-01-11
15:00:11
Ağdərədə Mina Partladı: Xəsarət Alan Var
Digər Xəbərlər
-
Ötən Il Naxçıvanda 6 Erkən Nikahın Qarşısı Alınıb
2026-01-11 22:21:09 -
Xaricdən Evə Qayıdan Gün öldü
2026-01-11 20:31:06 -
"Santo Mare", "Duyğu", "Şərur", "Regnum" Və "Oregano" Restoranlarda Dəvə Qutabı Verilir? - Video
2026-01-11 20:14:09 -
Mirasa Görə Atasını BALTALADI: Adını Oğluna Qoymuşdu
2026-01-11 19:11:09 -
FACİƏ: Toyda Bəy Və Gəlin ÖLDÜ
2026-01-11 17:19:10