Avstraliyada, Sidney Hava Limanında Qantas Hava Yollarında çalışan 51 yaşlı Olivia Hristovska ciddi iş qəzası keçirib. Ğ
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, o, təyyarəyə miniş üçün istifadə olunan aero körükdə müşahidə pəncərəsindən baxarkən tarazlığını itirərək 6 metr hündürlükdən beton yola düşüb.
Hadisə nəticəsində Hristovska onurğa qırığı, ağır ağciyər zədəsi və beyin qanaxması da daxil olmaqla çoxsaylı xəsarətlər alıb. Hazırda həyati təhlükəsi davam edir və Sidney-dəki Royal Prince Alfred Xəstəxanasında süni komaya salınıb.
Zərərçəkənin qızları Monique və Sienna, anasının vəziyyəti ilə bağlı məlumatı Qantas Hava Yollarından deyil, həkimlərdən və mediadan öyrəndiklərini bildirib. Qızlar, analarının qalıcı zədələrlə mübarizə apardığını və hazırda ona tam ştatlı baxıcılıq etdiklərini qeyd edib.
İddialara görə, hadisə aero körüyün qapısının relslərdən çıxaraq boşluq yaratması səbəbindən baş verib. Hadisə anı təhlükəsizlik kameralarına düşüb.
Hadisənin yaratdığı narahatlıqla əlaqədar Safework NSW (Yeni Cənubi Uels Əmək Təhlükəsizliyi İdarəsi) araşdırmaya başladığını təsdiqləyib. Qurumun bildirdiyinə görə, araşdırma iki il davam edə bilər. Sidney Hava Limanı isə aero körüklərin planlı texniki baxımdan keçdiyini açıqlayıb.
Mənbə: [https://sonxeber.az]