Adana Uçuşunda Dəhşət: Sərnişinlər Panikaya Qapıldı!

Ankara-Adana reysini həyata keçirən təyyarə qəfil turbulensiyaya düşərək sərnişinləri qorxuya salıb. Təyyarədə yaşanan panika anları sərnişinlər tərəfindən mobil telefonlarla qeydə alınıb.

Görüntülərdə təyyarənin güclü şəkildə silkələndiyi, sərnişinlərin isə fəryad etdiyi və dua etdiyi eşidilir. Qəfil baş verən bu hadisə uçuş zamanı böyük təşvişə səbəb olub.