Abşeronda Dəhşət: İki Günlük Körpə Xəstəxanada Vəfat Etdi!

Abşeronda faciəvi hadisə baş verib

Abşeron rayonunda cəmi iki günlük körpənin xəstəxanada vəfat etməsi böyük üzüntü ilə qarşılanıb. Hadisə rayonun mərkəzi xəstəxanasında qeydə alınıb.

Məlumata görə, 1981-ci il təvəllüdlü qadın martın 2-də xəstəxanaya daxil olub. Həkimlər tərəfindən doğuş vaxtından əvvəl, hamiləliyin 36-cı həftəsində əməliyyat yolu ilə həyata keçirilib.

Doğulan körpənin çəkisi 3400 qram olub və vəziyyəti stabil qiymətləndirilib. Lakin sonradan körpədə tənəffüs çatışmazlığı sindromu, pulmonar hipertenziya və ağciyər qanaxması kimi ağırlaşmalar yaranıb. Həkimlərin səylərinə baxmayaraq, martın 4-də körpə dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumatda ananın vəziyyətinin stabil olduğu və evə buraxıldığı bildirilib. Bəzi məlumatlarda yayılan ailənin körpədən imtina etməsi xəbəri isə təkzib edilib.