72 Yaşlı Kişi Təmir Etdiyi Avtomobilin Altında Qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. Oxu.Az xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobil üzərinə düşüb. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.