70 Yaşlı Kişi Yataq Xəstəsi Olan Həyat Yoldaşını Güllələyərək öldürdü

Türkiyənin İzmir şəhərində dəhşətli ailə faciəsi yaşanıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Bornova rayonunun Rafetpaşa məhəlləsində bir kişi, yataq xəstəsi olan həyat yoldaşını odlu silahla vuraraq qətlə yetirib. Hadisə axşam saat 20:00 radələrində baş verib. 70 yaşlı R.T. hələlik naməlum səbəbdən 70 yaşlı, yataq xəstəsi olduğu bildirilən həyat yoldaşı İzadə Təkəri silahla vurub. Silah səslərini eşidən qonşular polisə və təcili tibbi yardıma məlumat veriblər. Hadisə yerinə gələn həkimlər qadının artıq həyatını itirdiyini müəyyən ediblər. Hadisədə istifadə edilən silah ələ keçirilib. Cinayəti törədən R.T. isə polis əməkdaşları tərəfindən qısa müddətdə saxlanılaraq Asayiş Şöbəsinin Qətl Bürosuna aparılıb. İzadə Təkərin meyiti müayinə üçün İzmir Ədli Tibb Qurumu morquna göndərilib. Faktla bağlı istintaq davam etdirilir.