Polşada 15 yaşında olarkən itkin düşdüyü bildirilən qızın, əslində ailəsinin evindəki bir otaqda illərlə kilid altında saxlanıldığı məlum olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Swietochlowice şəhərində baş verib. Mirella-nın ailəsi 1998-ci ildə, o hələ 15 yaşında ikən, qızlarının yoxa çıxdığını bildirərək polisə müraciət edib. Uzun illər davam edən sükutdan sonra həqiqət yalnız bir neçə gün əvvəl qonşuların səs-küy şikayəti əsasında evə girən polis əməkdaşları tərəfindən ortaya çıxıb.
Polis evin yuxarı mərtəbəsində kilidli otaqda qadını tapıb. Mirella-nın son dərəcə arıq olduğu, ayaqlarında sümüklərinə qədər dərin yaraların əmələ gəldiyi bildirilib. Qadın bütün bu illərini həmin otaqda keçirib. Polis əməkdaşları ona yardım təklif etdikdə Mirella yalnız "Hər şey qaydasındadır" deməklə kifayətlənib.
Polis onun vəziyyətinin ağır olduğunu anlayaraq təcili yardım çağırıb. Xəstəxanaya yerləşdirilən Mirella-nın infeksiya səbəbindən ölümün astanasında olduğu, əgər bir neçə gün də gecikilsəydi, sağ qalmasının mümkün olmayacağı bildirilib.
Qonşular Mirella-nı sonuncu dəfə uşaq ikən gördüklərini, o zamanlar çox şən və sağlam bir qız olduğunu söyləyiblər. Onlardan biri, "Evdən çıxarıldığında yaşlı qadına bənzəyirdi. Halbuki bir vaxtlar mənimlə küçədə oynayan uşaq idi," – deyə təəccübünü ifadə edib.
Hazırda xəstəxanada müalicə alan Mirella üçün yardım kampaniyası başladılıb. Təşkilatçı Aleksandra Salbert bildirib ki, "Mirella-nın heç bir rəsmi qeydiyyatı yoxdur. Nə şəxsiyyət vəsiqəsi, nə sığortası, nə də pulu var. Sistem sanki onun mövcudluğunu tanımayıb." O əlavə edib: "Biz ona paltar, dərman, hətta ayaqqabı almaq məcburiyyətində qaldıq. O, həyatına sıfırdan başlayacaq."
Rəsmilər Mirella-nın yalnız fiziki deyil, həm də psixoloji reabilitasiyaya ciddi ehtiyacı olduğunu vurğulayıblar. 27 il ərzində xarici dünya ilə heç bir təması olmayan qadının yenidən cəmiyyətə uyğunlaşması üçün işlər davam etdirilir.
2025-10-16
12:01:10
27 Il əvvəl Itkin Düşdüyü Deyilən Qadının Ailəsi Tərəfindən Evdə Kilid Altında Saxlanıldığı üzə çıxdı
Digər Xəbərlər
-
Narkotik Ticarətinə Görə 10 Ildir Axtarılan Qadın Nəhayət Saxlanıldı
2025-10-16 12:12:10 -
Ramiz Mehdiyevin Vəkili Kimdir?
2025-10-16 12:11:06 -
Gənc Qadın Işdən Qayıdarkən Təcavüzə Məruz Qaldığı Anları Görün Necə Danışdı - VİDEO
2025-10-16 11:51:11 -
70 Yaşlı Kişi Yataq Xəstəsi Olan Həyat Yoldaşını Güllələyərək öldürdü
2025-10-16 11:35:11 -
9 Yaşlı Uşaq Pilləkəndən Yıxılaraq Həyatını Itirdi
2025-10-16 11:29:06