16 Yaşlı Oğlan 5 Yaşlı Bacısını Və Anasını öldürdü

Kocaelinin Gebze rayonunda baş verən dəhşətli hadisə Türkiyəni sarsıdıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Beylikbağı məhəlləsində yerləşən binanın üçüncü mərtəbəsində ağır qoxu gəlməsi ilə bağlı qonşuların şikayətindən sonra polis, təcili yardım və xilasedicilər mənzilə daxil olublar. Qapı kilidli olduğundan, mənzilə balkondan girən xilasedicilər ana – 50 yaşlı Dursune Bilgili və onun 5 yaşlı qızı Havva Nur Anzerlini hərəkətsiz vəziyyətdə tapıblar. Tibbi müayinədə onların təxminən 8–10 gün əvvəl öldüyü müəyyən edilib. Məlum olub ki, Dursune Bilgili həyat yoldaşından boşanıb və oğluyla birlikdə yaşayırmış. Son günlərdə oğlunun evdə olmaması diqqət çəkib. Polis onun axtarışına başlayıb. Araşdırmalar nəticəsində hadisəni qadının 18 yaşına çatmayan oğlu M.İ.G.-nin törətdiyi üzə çıxıb. O, Kadıköy Moda sahilində saxlanılıb. Uyuşdurucu aludəçisi olduğu və 23 dəfə cinayət məsuliyyətinə cəlb olunduğu müəyyən edilib. İlkin ifadəsində M.İ.G. əvvəlcə anasını, daha sonra isə ögey bacısı Havva Nuru bıçaqlayaraq öldürdüyünü etiraf edib.

Mənbə: https://sonxeber.az