Səbinə Salmanovaya yeni vəzifə: QDİƏT PA-da yüksək təyinat

Milli Məclisin üzvü Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) mühüm posta seçilib.

Deputat, QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin sədr müavini vəzifəsini icra edəcək.

Albaninanın Tirana şəhərində baş tutan QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin iclasında Səbinə Salmanovanın namizədliyi irəli sürülüb.

Səbinə Salmanova komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənərək sədr müavini seçilib.