Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.
Məlumatı klinikadan saytımıza təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. 
Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib. 
Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına "stop" qoyulub.
2025-10-31
11:01:09                                                        
Ramiz Mehdiyevin Gəlini Işdən çıxarıldı
Digər Xəbərlər
- 
                "Dövlət Ittihamının Təqdim Etdiyi Arqumentlər Ermənistanın Sistemli şəkildə Törətdiyi Müharibə Cinayətlərini üzə çıxarır" - AÇIQLAMA2025-10-31 16:07:05
- 
                "Dövlətin Dayağı Artıq Sadəcə Struktur Deyil, Vətəndaşın özü Və Onun Hüquqi Düşüncəsidir" - AÇIQLAMA2025-10-31 15:22:12
- 
                "Dövlətin Dayağı Artıq Sadəcə Struktur Deyil, Vətəndaşın özü Və Onun Hüquqi Düşüncəsidir" - AÇIQLAMA2025-10-31 15:21:10
- 
                Milli Məclis Prezident Və Xanımına Təbrik Məktubu ünvanladı2025-10-31 12:15:11
- 
                "Paşinyan Parisdə Sülhü "var" Kimi Göstərməyə çalışsa Da, Bakı üçün Hələ "sülh Yoxdur", çünki Sənəd Yoxdur" - AÇIQLAMA2025-10-30 16:57:06
