Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.
Sonxeber.az Bakupost.az-a istinadən xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib. Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.
Saytın arxiv hissəsində Mehdiyevə "Heydər Əliyev" ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır.
Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir.
R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir. Belə ki, o, 2008-ci ildə "İstiqlal" ordeni, 2013-cü ildə "Şərəf" ordeni, 2018-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə "Heydər Əliyev ordeni" ilə təltif olunub.
Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub. 
 
2025-10-30
10:36:11                                                        
Ramiz Mehdiyevə Verilən Fəxri Adlar, Ordenlər Silindi - Foto
Digər Xəbərlər
- 
                "Paşinyan Parisdə Sülhü "var" Kimi Göstərməyə çalışsa Da, Bakı üçün Hələ "sülh Yoxdur", çünki Sənəd Yoxdur" - AÇIQLAMA2025-10-30 16:57:06
- 
                "Atatürkün Rəhbərliyi Ilə Türkiyə Dövlətçiliyi öz Köklərinə Söykənərək Modernləşmə Yoluna Qədəm Qoydu" - DEPUTAT2025-10-30 16:25:10
- 
                Prezident Balakənin Icra Başçısını Vəzifəsindən Azad Etdi2025-10-30 15:34:09
- 
                İlham Əliyev Ermənistanda Keçiriləcək Sammitdə Iştirak Etmək Niyyətində Deyil2025-10-30 15:00:11
- 
                "Bu Tarixi Gün Qardaş Türkiyə, O Cümlədən Bütün Türk Dünyası üçün Mənəvi əhəmiyyət Daşıyan Bir Gündür" - DEPUTAT2025-10-29 23:33:10
 
                            