Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Arif Rəhimzadə bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: "Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü kimi qala bilər. Məhkum olunan insan partiyada qala bilməz".
Qeyd edək ki, dünən Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
2025-10-15
12:47:10
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Digər Xəbərlər
-
"Rusiya-Ukrayna Müharibəsinin Davam Etməsi Azərbaycan üçün Bir Sıra Ciddi Riskləri Ortaya çıxarır" - AÇIQLAMA
2025-10-15 16:40:11 -
Ramil Həsənin Deputatlığına Xitam Verildi - Yenilənib
2025-10-15 16:28:10 -
"Füzuli şəhərinin Işğaldan Azad Edilməsi Hərb Tariximizin şanlı Səhifələrindən Biridir" - DEPUTAT
2025-10-15 15:10:12 -
Prezidentdən Maliyyə Monitorinqi Xidməti Ilə Bağlı FƏRMAN
2025-10-15 14:24:11 -
Dövlət Agentliyində Işçilərin Say Həddi Artırıldı - FƏRMAN
2025-10-15 14:22:11