Bizdə artıq sülh var və bu, reallıqdır.
Bu sözləri Baş nazir Nikol Paşinyan Paris Sülh Forumunda deyib.
"Bu, təkcə Ermənistanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə deyil, həm də bütövlükdə regionumuz üçün tarixi bir dəyişiklikdir", - o qeyd edib.
Paşinyan erməni xalqının indiyədək əldə etdiklərini dəstəklədiyindən əminliyini bildirib.
"Heç şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər", - Baş nazir vurğulayıb.
"Paşinyanın bu açıqlaması, əslində, daxili auditoriyaya hesablanmış klassik "optik illüziya"dır", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib: 
"Paris Sülh Forumunda "bizdə artıq sülh var" deməklə o, həm Qərbə xoş görünmək, həm də Ermənistan daxilində revanşist dairələrə "mən Avropa ilə eyni dildə danışıram" mesajı vermək istəyir. Amma fakt budur ki, hələ sülh sazişi imzalanmayıb, Ermənistan Konstitusiyası dəyişdirilməyib və İrəvan hələ də Qarabağı öz ərazisi kimi tanıyan sənədləri qüvvədə saxlayır. Bu, hansı "sülhdən" xəbər verir?
Paşinyan bu cür bəyanatlarla məsuliyyəti öz üzərindən atmağa, "mən istədim, amma sistem imkan vermədi" arqumentini öncədən formalaşdırmağa çalışır. Yəni "sülh" dedikdə o, real hüquqi sənədi yox, "siyasi atmosferi" nəzərdə tutur. Halbuki regionda davamlı sülh yalnız hüquqi əsas – yəni imzalanmış saziş və dəyişdirilmiş Konstitusiya üzərində qurula bilər.
Reallıqda isə Paşinyanın "sülh var" cümləsi, əslində, "sülh istəyirəm, amma edə bilmirəm" etirafıdır. Ermənistan cəmiyyətində və orduda revanşist ovqat qalmaqda davam edir, Rusiya faktoru da prosesə mane olur. Ona görə də bu açıqlama daha çox diplomatik jestdir, real vəziyyətin təsviri yox.
Bir sözlə, Paşinyan Parisdə sülhü "var" kimi göstərməyə çalışsa da, Bakı üçün hələ "sülh yoxdur", çünki sənəd yoxdu. 
2025-10-30
16:57:06                                                        
"Paşinyan Parisdə Sülhü "var" Kimi Göstərməyə çalışsa Da, Bakı üçün Hələ "sülh Yoxdur", çünki Sənəd Yoxdur" - AÇIQLAMA
Digər Xəbərlər
- 
                "Atatürkün Rəhbərliyi Ilə Türkiyə Dövlətçiliyi öz Köklərinə Söykənərək Modernləşmə Yoluna Qədəm Qoydu" - DEPUTAT2025-10-30 16:25:10
- 
                Prezident Balakənin Icra Başçısını Vəzifəsindən Azad Etdi2025-10-30 15:34:09
- 
                İlham Əliyev Ermənistanda Keçiriləcək Sammitdə Iştirak Etmək Niyyətində Deyil2025-10-30 15:00:11
- 
                Ramiz Mehdiyevə Verilən Fəxri Adlar, Ordenlər Silindi - Foto2025-10-30 10:36:11
- 
                "Bu Tarixi Gün Qardaş Türkiyə, O Cümlədən Bütün Türk Dünyası üçün Mənəvi əhəmiyyət Daşıyan Bir Gündür" - DEPUTAT2025-10-29 23:33:10
