"Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Füzuli torpağı bu gün azadlıq, dirçəliş və milli qürur rəmzinə çevrilib. 17 oktyabr Füzuli şəhəri günü yalnız bir şəhərin azad olunmasının deyil, bütöv bir xalqın yenidən doğuluşunun, milli birliyin və mübarizə əzminin təntənəsidir. Lakin 23 avqust 1993-cü ildə bu qədim diyar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu, yüzlərlə şəhid, əlil, itkin verildi, şəhər yerlə-yeksan edildi. Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi olan 44 günlük Vətən müharibəsində isə tarix 17 oktyabr 2020-ci il tarixi ilə yeni səhifə açdı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhəri və rayonun bir çox kəndləri işğaldan azad edildi. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin, lakin ən qürurlu səhifələrindən biri oldu".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə dannışıb.
O,açıqlamasında qeyd edib ki, düşmənin illərlə möhkəmləndirdiyi müdafiə xəttinin yarılması Azərbaycanın hərbi qüdrətinin, ordumuzun peşəkarlığının və xalqın sarsılmaz iradəsinin təzahürü idi:
"Bu qəhrəmanlıq tarixinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı təsis olundu. Həmin medalla 25 mindən çox əsgər və zabit təltif edildi. 2023-cü ildə dövlət başçısının qərarı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi təsbit edildi. Bu gün Füzuli dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhər müasir şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa edilir. "Füzuli şəhərinin 2040-cı ilədək Baş planı" təsdiq olunub, müasir infrastruktur yaradılır. Zəfər, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları, "Füzuli" yarımstansiyası, Füzuli Beynəlxalq Hava Limanı bu torpağın strateji əhəmiyyətini daha da artırıb. Böyük Qayıdış Proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma yurduna qayıdıb. Özbəkistanın təşəbbüsü ilə inşa olunan Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın dəstəyi ilə yaradılan Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi qardaş ölkələrin dəstəyini və həmrəyliyini simvolizə edir. Füzuli bu gün yalnız azad olunmuş bir şəhər deyil o, Azərbaycan xalqının yenilməzliyinin, şəhidlərin qanı bahasına qazanılmış qürurun və gələcəyə inamın rəmzidir".
2025-10-14
16:21:09
"Füzuli Torpağı Bu Gün Azadlıq, Dirçəliş Və Milli Qürur Rəmzinə çevrilib" - Şahin Seyidzadə
Digər Xəbərlər
-
İlham Əliyev NUFA3 Iştirakçılarına Müraciət ünvanlayıb
2025-10-15 12:59:07 -
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
2025-10-15 12:47:10 -
"London Açıq şəkildə Bildirir Ki, Cənubi Qafqazda Status-kvo Dəyişib Və Bunu Qəbul Edir" - AÇIQLAMA
2025-10-14 15:58:10 -
İlham Əliyev "Rebuild Karabakh-2025" Sərgisinin Iştirakçılarına Müraciət ünvanlayıb
2025-10-14 11:51:10 -
Prezidentdən Yaxın Şərq Sülh Sammiti Ilə Bağlı - Paylaşım
2025-10-14 11:38:06