"Füzuli şəhərinin işğaldan azad edilməsi hərb tariximizin şanlı səhifələrindən biridir. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzuli rayonu işğala qədər tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Lakin 23 Avqust 1993 - cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunan Füzuli rayonu işğalçı ölkə tərəfindən amansız vandalizmə məruz qalmışdır. Tarixi abidələr, yaşayış massivləri, dini-mədəni tiklilər, dövlət müəssəsələri, bütövlükdə bütün infrastruktur yerlə - yeksan edilmişdir. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, dağıdılmış və xarabalığa çevrilmiş Füzuli rayonu erməni vəhşiliyinin, təcavüzkarlığının tablosu idi:
"Çünki, bu torpaqlar düşmən ölkə üçün 2020 - ci ilə qədər barıyer rolunu oynayırdı. Ermənilər rayon ərazisində təmas xətti boyunca kütləvi şəkildə minalama prosesi həyata keçirmiş və Azərbaycan Ordusuna qarşı eşolanlaşdırılmış müdafiə xətti hazırlamışdı. Təbii ki, onların hesablamaları öz nəticəsini vermədi. Azərbaycan xalqı və onun siyasi lideri, cənab Prezident İlham Əliyev ikili standartlara rəğmən bir an olsun belə işğalla barışmadı və heç vaxt bu torpaqlardan ümidini üzmədi. Ona görə də, düşmən tapdağında olan torpaqlarımız hər bir azərbaycanlı üçün azad olunmağı gözləyən Vətən idi. Məhz bu inamla rəşadətli, müzəffər Azərbaycan Ordusu 17 oktyabr 2020 - ci ildə Füzuli şəhərini işğalından azad etdi. Füzulinin azadlığı ilə başlayan qələbə yürüşü Silahı Qüvvələrimizin yenilməzliyini, Ali Baş Komandanımız İlham Əliyevin müdrik rəhbərliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi".
Deputat onu da vurğuladı ki, fəxr hissi ilə qeyd edirəm ki, beş ildir azadlığını qeyd etdiyimiz Füzuli şəhəri bu gün özünün intibah dövrünü yaşayır:
"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli rayonu müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən qurulur. Füzuli Beynəlxalq Hava limanının istifadəyə verilməsi və dost-müttəfiq ölkələrin dövlət başçılarının bu hava limanından istifadə etməklə Qarabağa öz səfərlərini təşkil etməsi rayonun strateji və iqtisadi əhəmiyyətini ön plana çıxardan mühüm amildir. Artıq Füzuli rayonunda yaşayış binaları, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və mədəniyyət mərkəzləri ucalır, həyat yenidən canlanır. Bu isə dövlətimizin gücünü, xalqın birliyini və düzgün siyasi idarəçiliyi ifadə edir. Məhz bu səbəbdən Füzuli Şəhər Günü qürur tariximizin, milli həmrəyliyimizin təntənəsidir".
Vüsalə İbrahimli
2025-10-15
15:10:12
"Füzuli şəhərinin Işğaldan Azad Edilməsi Hərb Tariximizin şanlı Səhifələrindən Biridir" - DEPUTAT
Digər Xəbərlər
-
"Rusiya-Ukrayna Müharibəsinin Davam Etməsi Azərbaycan üçün Bir Sıra Ciddi Riskləri Ortaya çıxarır" - AÇIQLAMA
2025-10-15 16:40:11 -
Ramil Həsənin Deputatlığına Xitam Verildi - Yenilənib
2025-10-15 16:28:10 -
Prezidentdən Maliyyə Monitorinqi Xidməti Ilə Bağlı FƏRMAN
2025-10-15 14:24:11 -
Dövlət Agentliyində Işçilərin Say Həddi Artırıldı - FƏRMAN
2025-10-15 14:22:11 -
Prezident MDB Ilə Imzalanmış Sazişi TƏSDİQLƏDİ
2025-10-15 14:16:11