Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Belə ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın vəkili Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib.
Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib.
Təqsirləndirilən şəxs David Manukyan vəsatətlə çıxış edərək, ona qarşı irəli sürülmüş ittiham aktında təşkilatlanmış cinayətkar qrupun yaradılması ilə bağlı ittihamın cinayət işindən çıxarılmasını və ayrıca baxılmasını xahiş edib.
D.Manukyanın vəkili Valeh Qurbanov vəsatəti müdafiə etdiyini deyib.
İttiham tərəfi vəsatətə münasibət bildirib. Dövlət ittihamçısı Fuad Musayev qeyd edib ki, belə bir vəsatətin qaldırılması məhkəmə prosesinin hazırkı mərhələsinin predmeti deyil.
Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra, yerində müşavirə keçirərək, vəsatətin əsassız olduğu üçün təmin edilmədiyini bildirib.
Sonra Madat Babayanın vəkili Leyla Namazzadə vəsatətlə çıxış edərək, bəzi epizodların müvəkkilinə qarşı irəli sürülən cinayət işindən çıxarılmasını xahiş edib.
Təqsirləndirilən şəxs M.Babayan vəsatətlə razı olduğunu bildirib.
Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətin hazırkı prosesdə təmin olunmamasını xahiş edib.
Məhkəmə vəsatətə müşavirə otağında baxılaraq cavab veriləcəyini diqqətə çatdırıb.
"Bu məhkəmə prosesi Azərbaycanın hüquqi və dövlət suverenliyinin real ifadəsidir. Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının cavab verməsi təkcə hüquqi hadisə deyil, həm də ədalətin bərpası prosesidir. Azərbaycan artıq təkcə döyüş meydanında deyil, beynəlxalq hüquq müstəvisində də qalib dövlət kimi davranır" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Bu, ölkəmizin hüquq sisteminin müstəqilliyinin və gücünün göstəricisidir. Məhkəmə prosesi tam şəffaf aparılır, ittiham və müdafiə tərəflərinə bərabər imkanlar yaradılır — bu isə hüquqi dövlət prinsipinin təntənəsidir.
Dövlət ittihamının təqdim etdiyi arqumentlər Ermənistanın sistemli şəkildə törətdiyi müharibə cinayətlərini üzə çıxarır. Bu, həm də beynəlxalq ictimaiyyətə mesajdır: Azərbaycan ədaləti gec də olsa təmin etməyə qadirdir. Cinayətkarın kimliyindən və vəzifəsindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir. Məhz bu yanaşma Azərbaycan dövlətinin sarsılmaz hüquqi dayaqlarını formalaşdırır.
Bugünkü proseslər göstərir ki, Azərbaycan təkcə güc siyasəti ilə deyil, ədalət və qanunun aliliyi ilə də bölgədə liderdir. Dövlətin məqsədi intiqam deyil, hüquqi məsuliyyətin təminidir. Bu isə əsl gücün – hüquqa əsaslanan dövlətin təzahürüdür".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. 
2025-10-31
16:07:05                                                        
"Dövlət Ittihamının Təqdim Etdiyi Arqumentlər Ermənistanın Sistemli şəkildə Törətdiyi Müharibə Cinayətlərini üzə çıxarır" - AÇIQLAMA
Digər Xəbərlər
- 
                "Dövlətin Dayağı Artıq Sadəcə Struktur Deyil, Vətəndaşın özü Və Onun Hüquqi Düşüncəsidir" - AÇIQLAMA2025-10-31 15:22:12
- 
                "Dövlətin Dayağı Artıq Sadəcə Struktur Deyil, Vətəndaşın özü Və Onun Hüquqi Düşüncəsidir" - AÇIQLAMA2025-10-31 15:21:10
- 
                Milli Məclis Prezident Və Xanımına Təbrik Məktubu ünvanladı2025-10-31 12:15:11
- 
                Ramiz Mehdiyevin Gəlini Işdən çıxarıldı2025-10-31 11:01:09
- 
                "Paşinyan Parisdə Sülhü "var" Kimi Göstərməyə çalışsa Da, Bakı üçün Hələ "sülh Yoxdur", çünki Sənəd Yoxdur" - AÇIQLAMA2025-10-30 16:57:06
