Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarının mübadiləsini aparır və öyrənir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə bildirib.
"Hazırda proseslər gedir - Ermənistan və Azərbaycan satışı və ya alışında maraqlı olduqları potensial malların siyahılarının mübadiləsini aparır", - Paşinyan vurğulayıb.
"Azərbaycan və Ermənistan arasında iqtisadi təmasların mal siyahılarının mübadiləsi səviyyəsinə qalxması rəsmi Bakının bölgədə formalaşdırdığı yeni geosiyasi reallığın və iqtisadi hegemonluğunun məntiqi nəticəsidir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Bu proses, hər şeydən öncə, Azərbaycanın "iqtisadi diplomatiya" strategiyasının növbəti qələbəsi kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan sadəcə hərbi güc deyil, həm də regionun "enerji və logistik mərkəzi" statusunu qazanıb. Ermənistanın Azərbaycanın neft məhsullarını almağa hazır olması və bunun üçün şirkətlər səviyyəsində əlaqələrin qurulması Bakının regional liderliyinin rəsmi İrəvan tərəfindən de-fakto qəbul edilməsidir. Azərbaycanın təklif etdiyi bu əməkdaşlıq modeli Ermənistan üçün iqtisadi xilas yolu olduğu halda, Azərbaycan üçün öz nüfuz dairəsini iqtisadi rıçaqlarla möhkəmləndirmək deməkdir.
Bu məqam həm də Azərbaycanın sülh gündəliyinə nə qədər sadiq və konstruktiv yanaşdığını göstərir. Ermənistanın daxilindəki müəyyən radikal qrupların və yanacaqdoldurma şəbəkələrinin imtinasına baxmayaraq, bazarın və rəsmi qurumların bu reallığa uyğunlaşması Azərbaycanın iqtisadi cəlbediciliyinin qarşısıalınmaz olduğunu sübut edir. Azərbaycan öz enerjisini Ermənistan bazarına çıxarmaqla həm də bölgədə kənar oyunçuların iqtisadi manipulyasiya imkanlarını daraldır.
Nəticə etibarilə, bu ticarət perspektivi Azərbaycanın bölgədə yaratdığı "davamlı sabitlik" arxitekturasının ən mühüm elementlərindən biridir. Azərbaycan qalib dövlət kimi təkcə torpaqlarını azad etməyib, həm də bütün Cənubi Qafqazın iqtisadi gələcəyini öz iradəsi və resursları ilə formalaşdırır. İrəvanın Azərbaycan benzini və digər malları üçün növbəyə durması Bakının strateji üstünlüyünün və regional oyun qurucusu statusunun ən aydın göstəricisidir".
2026-01-08
16:28:09
"Azərbaycan Cənubi Qafqazın Iqtisadi Gələcəyini öz Iradəsi Və Resursları Ilə Formalaşdırır" - AÇIQLAMA
Digər Xəbərlər
-
Donald Tramp Putini Devirə Bilər? - AÇIQLAMA
2026-01-09 16:36:10 -
"Bu Gün Azərbaycanın ümumi Generasiya Gücü 10 Min Meqavat Civarındadır" - DEPUTAT
2026-01-09 15:49:09 -
Gələcək Hədəflər Daha çox Yaşıl Enerji Istehsalıdır
2026-01-09 12:29:09 -
Ölkəmizin Uğurlu Enerji Strategiyası
2026-01-09 12:25:11 -
"Hədəflərimiz Arasında Təmiz Ekoloji Mühitin Qorunması Prioritetdir" - DEPUTAT
2026-01-09 12:16:09