Prezidentdən İslam İnkişaf Bankı Qrupunun Bakı Toplantısı Ilə Bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sonxeber.az bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, 2026-cı il iyunun 16-19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini Təşkilat Komitəsi sədrinin müavini Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Təşkilat Komitəsinin üzvləri: Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri Sahil Babayev - Azərbaycan Respublikasının maliyyə naziri Adil Kərimli - Azərbaycan Respublikasının mədəniyyət naziri Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Taleh Kazımov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Mənbə: https://sonxeber.az