Prezident Qazaxıstana Səfər Edəcək

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın "Zakon.kz" portalı yayıb. Bildirilib ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında baş tutacaq. Xatırladaq ki, Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycanda səfərdə olub. O, Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII sammitində iştirak edib.