Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
2025-11-01
11:28:10
Prezident Həmkarını Təbrik Etdi
Digər Xəbərlər
-
"Dövlət Ittihamının Təqdim Etdiyi Arqumentlər Ermənistanın Sistemli şəkildə Törətdiyi Müharibə Cinayətlərini üzə çıxarır" - AÇIQLAMA
2025-10-31 16:07:05 -
"Dövlətin Dayağı Artıq Sadəcə Struktur Deyil, Vətəndaşın özü Və Onun Hüquqi Düşüncəsidir" - AÇIQLAMA
2025-10-31 15:22:12 -
"Dövlətin Dayağı Artıq Sadəcə Struktur Deyil, Vətəndaşın özü Və Onun Hüquqi Düşüncəsidir" - AÇIQLAMA
2025-10-31 15:21:10 -
Milli Məclis Prezident Və Xanımına Təbrik Məktubu ünvanladı
2025-10-31 12:15:11 -
Ramiz Mehdiyevin Gəlini Işdən çıxarıldı
2025-10-31 11:01:09