Prezident əliyev: Terror Aktını Törədənlər Peşman Olacaqlar!

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Azərbaycan dövlətinə qarşı terror aktı törədənlər əməllərinə görə peşman olacaqlar.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın gücünü sınamağa cəhd edənlər "Dəmir yumruq"la qarşılaşıblar və bu hadisə də eyni nəticəni verəcək.

Prezidentin sözlərinə görə, bu cür şərəfsiz əməllərə yol verənlər Azərbaycanın gücünü unutmamalıdırlar.