Naxçıvana hücum: Molla rejiminin əsl üzü və Güney Azərbaycanın oyanışı
Azərbaycan xalqı tarixin sınaqlarından keçərək, dönüş nöqtələri yaşayıb. Naxçıvana edilən dron hücumu da belə bir hadisədir. Bu, təkcə hərbi təxribat deyil, həm də regiondakı siyasi münasibətlərin mahiyyətini ortaya qoyan təhlükəli addımdır.
Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən sabitliyin qorunmasına çalışıb, qonşularla hörmət əsasında əməkdaşlıq edib. Azərbaycan heç vaxt öz ərazisindən başqa ölkələrə qarşı istifadəyə icazə verməyib və heç bir dövlət üçün təhlükə
Təəssüf ki, Tehran rejimi səmimi mövqe əvəzinə riyakar siyasət yürütməkdə davam edir. Naxçıvanda mülki infrastruktura qarşı dron hücumu beynəlxalq hüququn pozulmasıdır. Mülki infrastrukturu hədəf almaq siyasi və mənəvi acizlikdir. Tarix göstərir ki, Azərbaycana qarşı təxribatlar gec-tez öz
İranın daxili problemləri və Güney Azərbaycanın mübarizəsi
Bu hadisənin dərin qatında İranın daxili siyasi və sosial problemləri dayanır. Tehran rejimi uzun illərdir ki, öz ölkəsində yaşayan milyonlarla azərbaycanlıya qarşı diskriminasiya siyasəti həyata keçirir. Güney Azərbaycanda yaşayan soydaşlarımız öz milli kimliklərini qorumaq üçün mübarizə aparırlar. Ana dilinin qorunması, milli mədəniyyətin yaşadılması uğrunda aparılan bu mübarizə regionun diqqətini cəlb edir. Tehran rejimi azərbaycanlıların milli oyanışından qorxur.
Naxçıvana hücum İranın daxili böhranının əlamətidir. Daxili problemlərlə üzləşən rejimlər diqqəti yayındırmaq üçün xarici gərginlik yaradırlar. Lakin rejimlər çox zaman daxili ziddiyyətlərin qarşısında dayana bilmirlər. Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının hüquqları, milli kimlikləri və gələcəkləri geniş siyasi kontekstdə müzakirə olunur.
Araz çayı bir xalqı iki dövlət arasında ayıra bilər, lakin bir millətin yaddaşını, dilini və mədəniyyətini ayırmaq mümkün deyil. Naxçıvana qarşı hücum böyük siyasi səhv kimi tarixə düşəcək. Bu addım regionda yeni suallar doğurur. Azərbaycan xalqı öz tarixini yazmağı bacaran xalqdır.
Adəm İsmayıl Bakuvi, Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim