Oktyabrın 17-də Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər.
Axşam.az xəbər verir ki, Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur.
Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək.
Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb.
2025-10-18
11:45:11
Mehriban Əliyeva Qızları Və Gəlini Ilə Vatikan Bağlarında - Fotolar
Digər Xəbərlər
-
Prezident Qazaxıstan Mediasına Müsahibə Verib
2025-10-18 12:21:12 -
Mehriban Əliyeva Səfirliyin Inzibati Ofisinin Açılışında - Fotolar
2025-10-18 11:47:09 -
"Ölkəmizdəki Sülh Və əmin-amanlıq əbədi Olsun!" - Mehriban Əliyeva
2025-10-18 10:45:11 -
Xudafərin Körpüsünün Işğaldan Azad Olunmasından 5 Il ötür
2025-10-18 10:25:07 -
"Bu Gün Bir çox ölkələr Etnik Və Dini Parçalanmalarla üzləşərkən, Azərbaycan Müxtəliflik üzərində Birliyi Qurmağı Bacarıb" - AÇIQLAMA
2025-10-17 16:31:10