Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında sərhədlə bağlı mühüm göstərişlər verildiyini açıqlayıb. Dövlət başçısı, bütün lazımi göstərişlərin verildiyini vurğulayıb.
İclasda İranın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notasının təqdim ediləcəyi və digər diplomatik addımların atılacağı qeyd olunub.
Prezidentin bu bəyanatı ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan addımların davamı kimi qiymətləndirilir.