Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Rəcəb Tayyib Ərdoğan İranın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirdiyi dron hücumunu pisləyib və qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.
İlham Əliyev telefon zənginə və bu dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.