Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın heç bir qonşu dövlətə qarşı ərazisindən istifadəyə icazə verməyəcəyini vurğulayıb. Bu barədə İran tərəfinə dəfələrlə məlumat verilib.
Dövlət başçısı qeyd edib ki, ötən ilin yay aylarında və sonrakı dövrdə İrandan əsassız ittihamlar səsləndirilib. Həmçinin dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək və İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək məqsədilə çirkin kampaniya aparıb.
Prezident İlham Əliyev: "Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir."