Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın öz ərazi bütövlüyünü qoruduğunu və qoruyacağını bəyan edib. Dövlət başçısı, Ermənistan işğalına son qoyulduğu kimi, istənilən şər qüvvəyə qarşı güc nümayiş etdirməyə hazır olduqlarını və İranın bunu unutmaması lazım olduğunu vurğulayıb.
Prezident Əliyev, törədilən terror aktının digər çirkin əməllərlə yanaşı, böyük bir nankorluq nümunəsi olduğunu da qeyd edib.