Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etmək niyyətində deyil.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Caliber.Az mənbələrə istinadən məlumat verir.
"İkitərəfli münasibətlərin hazırkı səviyyəsi hələlik Prezident Əliyevin İrəvana səfərini aktual addım hesab etməyə imkan vermir. Azərbaycan real hərəkətlər prinsipindən çıxış edir. İmzalanmış müqavilə (sülh müqaviləsi - red.) olmadan və praktiki mexanizmlər işə salınmadan yüksəksəviyyəli səfər prosesinin başa çatmasına dair yanlış təəssürat yarada bilər. Hüquqi baza rəsmiləşdirilənədək və öhdəliklər həyata keçirilməyə başlayanadək bu cür addımlar vaxtından əvvəl olardı", - deyə Caliber.Az yazır.
Eyni zamanda, qeyd olunur ki, gələcəkdə yüksəksəviyyəli səfərlərin perspektivi istisna edilmir. "Əksinə, sülh sazişinin imzalanmasından və icrasına başlanmasından sonra bu, prosesin məntiqi davamı olacaq. İndi isə daha əvvəllər razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi üçün praktik addımların atılması zəruridir ki, bu da sülhü yalnız de-fakto deyil, həm də de-yure möhkəmləndirəcək", - deyə Caliber.Az vurğulayır.
Qeyd edək ki, oktyabrın 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hakimiyyətin Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin may ayında İrəvanda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin sammitinə dəvət etdiyini açıqlayıb. Mirzoyan müvafiq dəvətin "hazırda sənədləşdirilməsinin aparıldığını" bildirib.
2025-10-30
15:00:11                                                        
İlham Əliyev Ermənistanda Keçiriləcək Sammitdə Iştirak Etmək Niyyətində Deyil
Digər Xəbərlər
- 
                "Paşinyan Parisdə Sülhü "var" Kimi Göstərməyə çalışsa Da, Bakı üçün Hələ "sülh Yoxdur", çünki Sənəd Yoxdur" - AÇIQLAMA2025-10-30 16:57:06
- 
                "Atatürkün Rəhbərliyi Ilə Türkiyə Dövlətçiliyi öz Köklərinə Söykənərək Modernləşmə Yoluna Qədəm Qoydu" - DEPUTAT2025-10-30 16:25:10
- 
                Prezident Balakənin Icra Başçısını Vəzifəsindən Azad Etdi2025-10-30 15:34:09
- 
                Ramiz Mehdiyevə Verilən Fəxri Adlar, Ordenlər Silindi - Foto2025-10-30 10:36:11
- 
                "Bu Tarixi Gün Qardaş Türkiyə, O Cümlədən Bütün Türk Dünyası üçün Mənəvi əhəmiyyət Daşıyan Bir Gündür" - DEPUTAT2025-10-29 23:33:10
