Azərbaycan Hərbi Prokurorluğunda yeni təyinatlar olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmrlər imzalanıb.
Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.
Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru vəzifəsinə təyin olunub.
İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.
Respublika Hərbi Prokurorluğundan təyinatları saytımıza təsdiq ediblər.
Qeyd edək ki, bir müddətdir Hərbi Prokurorluqda kadr islahatları aparılır.
2025-10-16
14:14:10
Hərbi Prokurorluqda - Yeni Təyinatlar
Digər Xəbərlər
-
Azərbaycan Prezidenti Niderlandın ölkəmizə Yeni Təyin Olunmuş Səfirini Qəbul Edib
2025-10-16 12:49:09 -
Azərbaycan Prezidenti Niderlandın ölkəmizə Yeni Təyin Olunmuş Səfirini Qəbul Edib
2025-10-16 12:48:10 -
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının Icraçı Direktorunu Qəbul Edib
2025-10-16 12:43:10 -
"Füzuli şəhərinin Işğaldan Azad Edildiyi Gün Azərbaycan Xalqının Tarixi Yaddaşında əbədi Yaşayacaqdır" - DEPUTAT
2025-10-16 12:38:10 -
Prezident Qazaxıstana Səfər Edəcək
2025-10-16 12:03:10