Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana qarşı törədilən dron hücumuna sərt reaksiya verib. Nazirlikdən verilən bəyanatda bildirilir ki, Azərbaycan öz ərazisinə edilən bu hücuma cavab vermək hüququnu özündə saxlayır.
XİN-in bəyanatında qeyd olunur ki, bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyi artırmağa yönəlib.
Xatırladaq ki, martın 5-də İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu təşkil edilib. Hücum nəticəsində iki nəfər yaralanıb.