Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana qarşı törətdiyi dron hücumuna sərt reaksiya verib. Nazirlikdən verilən bəyanatda Azərbaycanın müvafiq cavab tədbirləri görmək hüququnun qorunduğu bildirilib.
XİN bəyan edib ki, bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyi artırmağa yönəlib.
Məlumata görə, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil olunub. Hücum nəticəsində iki nəfər yaralanıb.