Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, Tehran səfirliyi və Təbriz Baş Konsulluğunun heyətlərinin təxliyəsi ilə bağlı göstəriş verildiyini bildirib.
Səfir bu barədə özünün "X" hesabında paylaşım edərək məlumatı təsdiqləyib. O, son üç ildə bu, artıq ikinci təxliyə olduğunu vurğulayıb.
Xarici işlər naziri Ceyhun Bayramovun verdiyi məlumata görə, diplomatik heyət İrandan təxliyə edilir və bu barədə müvafiq göstəriş verilib.