Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana səfəri çərçivəsində oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasda çıxış edən Azərbaycan Prezidenti qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edərək, Düşənbədə dəfələrlə olmağından, ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyindən, yeni binaların tikildiyindən, bütün bunların bizi dost kimi çox sevindirdiyindən danışıb.
Azərbaycan və Tacikistan arasında münasibətlər son illərdə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanmış sənədlər və artan siyasi dialoq sayəsində yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev çıxışında da qeyd etdiyi kimi, Azərbaycan Tacikistan ilə münasibətlərin bütün sahələrdə ardıcıl inkişafına xüsusi önəm verir. İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə də toxunaraq vurğulayıb ki, bu ilin iyununda Laçında "MDB-nin mədəniyyət paytaxtı İli"nin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında ətraflı məlumat verilib. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin, tamamilə dağıdılmış şəhərin bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilməsinin əyani şəkildə şahidi olublar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd edib ki, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları olub. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edilib. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
Aysel Mənsimova - politoloq
2025-10-13
20:22:10
Ardıcıl Inkişaf Edən Münasibətlər
Digər Xəbərlər
-
İlham Əliyev NUFA3 Iştirakçılarına Müraciət ünvanlayıb
2025-10-15 12:59:07 -
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
2025-10-15 12:47:10 -
"Füzuli Torpağı Bu Gün Azadlıq, Dirçəliş Və Milli Qürur Rəmzinə çevrilib" - Şahin Seyidzadə
2025-10-14 16:21:09 -
"London Açıq şəkildə Bildirir Ki, Cənubi Qafqazda Status-kvo Dəyişib Və Bunu Qəbul Edir" - AÇIQLAMA
2025-10-14 15:58:10 -
İlham Əliyev "Rebuild Karabakh-2025" Sərgisinin Iştirakçılarına Müraciət ünvanlayıb
2025-10-14 11:51:10