Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətləri arasında və onların hüdudlarından kənarda turist qatarlarının işə salınması imkanları araşdırılır.
"Report"un TDT-yə istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq üzv dövlətlərin dəmiryolu idarələri və turizm qurumlarının nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana TDT ölkələrindən 428 456 turist səfər edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 % (399 085 nəfər) çoxdur.
Türkiyədən gələn turistlərin sayı 289 952 nəfər (illik 2,6 % çox), Qazaxıstandan - 69 332 (+19,4 %), Özbəkistandan - 37 718 (+27,8 %), Türkmənistandan - 21 422 (+1,7 %), Qırğızıstandan - 7 093 (+33 %), Macarıstandan - 2 939 nəfər (+14 %) olub.
TDT ölkələrindən gələn turistlərin Azərbaycanın ümumi turist axınındakı payı 24,9 % təşkil edir.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında TDT-nin üzv dövlətləri Ankarada turizm sahəsində Anlaşma Memorandumu imzalayıblar.
2025-11-01
18:50:12
TDT ölkələri Turist Qatarlarının Işə Salınması Imkanını Nəzərdən Keçirir
Digər Xəbərlər
-
Azərbaycanda Həyat Sığortası üzrə ödənişlər 33 %-dən çox Artıb
2025-11-01 19:51:10 -
Azərbaycanda Qeyri-həyat Sığortası Bazarı 8 %-dən çox Böyüyüb
2025-11-01 17:51:10 -
Bulvar İdarəsi Xalça Muzeyini Necə Abadlaşdıracaq? - 124 Minlik Müqavilə
2025-10-31 15:53:10 -
Balığın Bahalaşma Səbəbi Açıqlandı
2025-10-30 11:28:09 -
Prezident Bu Nazirliyə Yeni Səlahiyyət Verdi
2025-10-29 14:39:09