Yanvarın 1-dən etibarən kərə yağının idxal rüsmu 5%-dən 15%-ə qədər qaldırılıb. Onsuzda indiyədək kərə yağının qiyməti hər ay 80 qəpik-1 manat bahalaşırdı. Kərə yağının idxal rüsumunun artırılması o deməkdir ki, məsələn 1 kiloqramı 25 AZN-ə satılan kərə yağının qiyməti bu ildən 29-30 AZN-a satılacaq.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu təbii haldır ki, rüsumun artması avtomatik olaraq qiymətin üzərinə gəlir. Onun sözlərinə görə, heç bir biznesmen öz cibindən nə rüsum, nədə vergi ödəmir: "Kərə yağının qiyməti onsuzda baha idi, bundan sonra ən azı 8-10% bahalaşma olacaq. Qiymətin artması labüddür. Çox güman ki, köhnə yəni əvvəlki aylarda gətirilən yağlar satılıb qurtarandan sonra, hardasa mart ayından sonra bazarda daha ciddi qiymət artımı müşahidə olunacaq. Yəni kərə yağının qiyməti sürətlə bahalaşacaq" deyə o bildirib.
Qeyd edək ki, Azərbaycana idxal olunan kərə yağı üçün 2017-ci ildə tətbiq edilmiş - 15%-dən 5%-ə endirilmiş aşağı rüsum həddi hər il uzadılsa da bu il uzadılmadı.
2026-01-07
11:58:09
"Mart Ayından Sonra Kərə Yağının Qiyməti Sürətlə Bahalaşacaq" - İQTİSADÇI NATİQ CƏFƏRLİ
Digər Xəbərlər
-
Azərbaycandan Ermənistana Neft Məhsulları Göndəriləcək
2026-01-09 15:53:09 -
Azərbaycanda Söküləcək Binalarla Bağlı Yeni Xəbər - 260 Tikili...
2026-01-09 13:52:09 -
Mərkəzi Bankın Direktoru "Fintrend"in Sədrindən şikayət Etdi - Cərimə Edildi
2026-01-08 14:09:09 -
10 Yeni Metro Stansiyası Harada Tikiləcək?
2026-01-08 10:19:09 -
"Memar Əcəmi"nin 4-cü çıxışı Müvəqqəti Bağlanacaq
2026-01-06 17:49:10