"Fintrend" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) xanım direktoru cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank tərəfindən BOKT-da 2020-2025-ci illəri əhatə edən planlı tematik yoxlama aparılıb.
Yoxlama nəticəsində BOKT-da cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilib.
BOKT-un direktoru Qəmbərova Sevinc Azər qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) protokol tərtib edilib və Mərkəzi Bankın Baş direktoru Fuad İsayev tərəfindən məhkəməyə müraciət olunub.
Məhkəmənin hökmü ilə Sevinc Qəmbərova İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə təqsirli bilinib və 2000 manat cərimə edilib.
2026-01-08
14:09:09
Mərkəzi Bankın Direktoru "Fintrend"in Sədrindən şikayət Etdi - Cərimə Edildi
Digər Xəbərlər
-
Azərbaycandan Ermənistana Neft Məhsulları Göndəriləcək
2026-01-09 15:53:09 -
Azərbaycanda Söküləcək Binalarla Bağlı Yeni Xəbər - 260 Tikili...
2026-01-09 13:52:09 -
10 Yeni Metro Stansiyası Harada Tikiləcək?
2026-01-08 10:19:09 -
"Mart Ayından Sonra Kərə Yağının Qiyməti Sürətlə Bahalaşacaq" - İQTİSADÇI NATİQ CƏFƏRLİ
2026-01-07 11:58:09 -
"Memar Əcəmi"nin 4-cü çıxışı Müvəqqəti Bağlanacaq
2026-01-06 17:49:10