"Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% təşkil edib"​.
Sonxeber.az bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat açıqlayıb.
Bildirilib ki, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib. İllik baza inflyasiya 4.9% olub.
Qeyd olunub ki, beynəlxalq mühitdə qeyri-müəyyənliklərin hələ də qalması qlobal əmtəə qiymətlərində də dalğalanmalara səbəb olur. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin sentyabrında əmtəə qiymətləri indeksi illik 3.3% artıb, ərzaq və içki qiymətləri indeksi isə 2.6% azalıb. BVF oktyabrda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu dəyişməz saxlayıb (4.2%), 2026-cı ilə dair proqnozu isə cüzi artırıb (3.7%).
2025-10-22
12:11:10
İnflyasiya Nə Qədərdir?
Digər Xəbərlər
-
Balığın Bahalaşma Səbəbi Açıqlandı
2025-10-30 11:28:09 -
Prezident Bu Nazirliyə Yeni Səlahiyyət Verdi
2025-10-29 14:39:09 -
Bakı Bazarlarında Balıq Da Bahalaşdı
2025-10-28 12:15:11 -
Aleksey Overçuk: "Rusiya Mallarının Azərbaycan üzərindən Ermənistana Tranziti Təşkil Ediləcək"
2025-10-26 18:51:11 -
Azərbaycan Qarğıdalı Idxalını 42 %-dən çox Azaldıb
2025-10-26 10:11:09