Yaxın Şərqdəki müharibə gərginliyi Dubayda qızıl qiymətlərinin düşməsinə səbəb olub. Aviareyslərin ləğvi qızılın daşınmasını çətinləşdirir.
Bloomberg-in məlumatına görə, çatdırılma və sığorta xərclərinin artması alıcıların sifarişlərdən imtina etməsinə gətirib çıxarıb. Treyderlər qızılı bir unsiya üçün təxminən 30 dollar endirimlə təklif edirlər.
Bu ucuzlaşmanın əsas səbəbi Yaxın Şərqdəki müharibə ilə bağlı yaranan gərginlikdir.