Azərbaycan Xalça Muzeyi Dənizkənarı Bulvar İdarəsi ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə abadlaşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 124 754 manat təşkil edir.
Dənizkənarı Bulvar İdarəsi adından da göründüyü kimi Milli Parkın idaəriçiliyini həyata keçirən qurumdur. Abadlıq işlərinin həyata keçirilməsi bu idarənin profilinə aid deyil. Bu baxımdan, Azərbaycan Xalça Muzeyi ilə idarə arasındakı müqavilə anlaşılan deyil.
Dənizkənarı Bulvarı İdarəsi bir müddət əvvəl Milli Parkın "Green Flag" mükafatı alması ilə gündəmə gəlmişdi. Qurumun keçmiş rəhbəri İlqar Mustafayevin məhkəmə prosesində Milli Parkın bu mükafata layiq görülməsi müəyyən şübhələrə səbəb olmuşdu.
Dənizkənarı Bulvar İdarəsinin indiki rəhbəri Xanlar Ağalarovdur. O, 2024-cü ilin yanvarında bu vəzifəyə təyinat alıb.
2025-10-31
15:53:10
Bulvar İdarəsi Xalça Muzeyini Necə Abadlaşdıracaq? - 124 Minlik Müqavilə
Digər Xəbərlər
-
Azərbaycanda Həyat Sığortası üzrə ödənişlər 33 %-dən çox Artıb
2025-11-01 19:51:10 -
TDT ölkələri Turist Qatarlarının Işə Salınması Imkanını Nəzərdən Keçirir
2025-11-01 18:50:12 -
Azərbaycanda Qeyri-həyat Sığortası Bazarı 8 %-dən çox Böyüyüb
2025-11-01 17:51:10 -
Balığın Bahalaşma Səbəbi Açıqlandı
2025-10-30 11:28:09 -
Prezident Bu Nazirliyə Yeni Səlahiyyət Verdi
2025-10-29 14:39:09