Cəza çəkməkdən azad edilmiş, yəni azadlıqdan məhrumetmə cəzasını başa vurmuş və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir.
Sonxeber.az Metbuat.az-a istinadən xəbər verir ki, bu hüquq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib üç ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur.
Müavinət yalnız penitensiar müəssisə tərəfindən verilmiş cəza çəkməkdən azad edilməsi barədə arayış təqdim olunduqda təyin edilir. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli, yəni 1600 manat təşkil edir.
Sosial müavinət almaq hüququ olan şəxslərə bu ödəniş müraciət edildiyi tarixdən əvvəlki ən çoxu üç il üçün verilə bilər. Bu addım cəza çəkməkdən azad edilmiş şəxslərin sağlamlığının bərpasına və cəmiyyətə yenidən uyğunlaşmasına dəstək məqsədi daşıyır.
2025-10-13
14:08:10
Bu şəxslərə 1600 Manat Verilir
Digər Xəbərlər
-
Prezident Naxçıvanda Yeni Idarə Yaratdı
2025-10-15 13:50:12 -
Ən çox əməkhaqqını Onlar Alır (SİYAHI)
2025-10-15 10:53:11 -
Azərbaycanda Bu Məhsul Kəskin Ucuzlaşdı
2025-10-11 22:51:11 -
14 Müqavilə - Dövlət Qurumlarının 1,7 Milyonluq Tenderlərinin Qalibi Olan şirkət...
2025-10-09 17:20:12 -
2025-ci Ildə 8 Müqavilə, 1.4 Milyon Manat... - Bulvar İdarəsinin Tenderləri
2025-10-08 16:40:08