Bank Btb Bağlanır? Ramiz Mehdiyevin Bankı Yenidən Təşkil Olunur!

Bank BTB-də Yenidən Təşkilatlanma: Mərkəzi Bankdan Açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) Bank BTB ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi üçün ilkin razılıq verib. Bu qərar bankın müraciəti əsasında qəbul edilib.

AMB-nin məlumatına görə, Bank BTB-nin BOKT-yə çevrilməsi prosesi Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək. Bu çərçivədə, Bank BTB və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında aktiv və passivlərin ötürülməsi müqaviləsi imzalanıb.

Depozitlər və Kreditlər ABB-yə Keçirilir

Müqaviləyə əsasən, Bank BTB-də olan müddətli və tələbli depozitlər ABB-yə ötürüləcək. Fiziki və hüquqi şəxslərin depozitlərinə qüvvədə olan şərtlərlə ABB-də xidmət göstəriləcək, yaxud ABB tərəfindən depozitlər geri qaytarılacaq.

Bank BTB-yə kredit borcu olan müştərilərin öhdəlikləri də ABB-yə keçiriləcək. Ödənişlər ABB tərəfindən qəbul ediləcək. Müştərilər bu dəyişikliklərlə bağlı ABB və Bank BTB tərəfindən məlumatlandırılacaqlar.

Yenidən Təşkil Əmanətçilər Üçün Təhlükəsizdir

Mərkəzi Bank bildirir ki, Bank BTB-nin yenidən təşkili bankın kreditorları və əmanətçiləri üçün heç bir təhdid yaratmır.

Bank BTB-nin aktivləri ölkə bank sisteminin cüzi hissəsini təşkil edir. Bankın aktivləri 0.6%, kredit portfeli 0.9%, öhdəlikləri isə 0.6%-dir.

Ramiz Mehdiyevin Gəlini Səhmdardır

Xatırladaq ki, Bank BTB-nin əsas səhmdarı 76.7% payla sabiq PA rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Digər səhmdarlar Rza Sadıq (17.7%) və Tükəzban Mahmudovadır (5,6%).

Digər Xəbərlər