Azərbaycandan Ermənistana Neft Məhsulları Göndəriləcək

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Oxu.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bu gün 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndəriləcək. "Bundan əvvəl, 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib", - deyə məlumatda bildirilir.